Ötən mövsümə qədər “Sabah” forması geyinən Filip İvanoviç Sportal.az saytına açıqlama verib.
Serbiyalı futbolçu Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” – “Sumqayıt” görüşü haqda danışıb. İvanoviç növbəti mərhələyə hansı komandanın daha şanslı olduğunu da açıqlayıb:
“İlk oyunu izləmişəm. Yaxşı və maraqlı oyun alındı. Əgər “Sumqayıt” ikinci görüşdə də ilk oyunda olduğu kimi təşkilatlanmış oynayarsa, onların növbəti mərhələyə yüksəlmək şansı olacaq.
“Çukariçki” hücum futbolu oynayır. Ona görə onlar Azərbaycanda da qələbə üçün oynayacaq. Şanslar əvvəlki kimi 50/50-di”.
saytlarin hazirlanmasi