Xerdan Şaqiri "Liverpul"dan ayrılacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, isveçrəli vinger ayrılıqla bağlı klub rəhbərliyi ilə razılıq əldə etdiyini bildirib. 29 yaşlı futbolçu "Liverpul rəhbərliyinə yeni bir macəraya hazır olduğumu bildirdim, onlar da mənim bu tələbimi qəbul etdilər. Klubla müqaviləm davam edir və onlar məni satmaq qərarı verdilər" deyə açıqlama verib.
Təcrübəli oyunçu daha sonra sözlərinə belə davam edib: "Hələ 29 yaşım var. Avropanın ən yaxşı liqalarında oynadım və buna davam etmək istəyirəm. Karyeramın bitdiyini düşünmürəm".
Qeyd edək ki, "Latsio", "Napoli" və "Sevilya" Şaqirini transfer etmək istəyir. "Liverpul" onun üçün 15 milyon avro tələb edir.
saytlarin hazirlanmasi