"Qarabağ" Konfrans Liqasında “Aşdod” səddini keçəcəyi təqdirdə üçüncü mərhələdə “Vlajniya” ilə qarşılaşa bilər.
Sportal.az xəbər verir ki, Albaniya təmsilçisi “Qarabağ”ın potensial rəqibidi. İlk görüşdə səfərdə AEL(Limassol) klubuna uduzan albanlar evdəki matçda qalib gəlmək iddiasındadı.
Komandanın qapıçısı Boyan Zoqoviç saytımıza açıqlamasında belə deyib. “Zirə”nin qapısını da qorumuş monteneqrolu Ağdam klubuna rəqib olmaq istədiklərindən danışıb:
“Növbəti mərhələdə “Qarabağ”la qarşılaşa biləcəyimizi bilirəm. Bu çox yaxşıdı. İnanıram ki, növbəti mərhələdə elə “Qarabağ”la oynayacağıq.
Doğrudu, bunun üçün öncə AEL səddini keçməliyik. Limassol klubu çox güclü və keyfiyyətli komandadı.Səfərdə onlara uduzsaq da, öz azarkeşlərimizin qarşısında, onların dəstəyilə biz qalib gələrək növbəti mərhələyə çıxacağıq. Şkoderdə, bizə qarşı oynamaq heç bir rəqibə asan deyil.
“Qarabağ” əla klub, güclü komandadı. Fərdi ustalığı olan oyunçuları var, yaxşı baş məşqçi onlara rəhbərlik edir. İnanıram ki, “Qarabağ” “Aşdod” səddini keçərək, üçüncü mərhələdə bizə rəqib olacaq".
saytlarin hazirlanmasi