"Qarabağ"dan ayrılan Matiçin yeni klubu müəyyənləşdi

21:54 - 26 İyul 2021

"Qarabağ"ın müqaviləsinə xitam verdiyi Uroş Matiçin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 31 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi "Abha"ya keçib. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Xatırladaq ki, Uroş Matiç "Qarabağ"a ötən yay Kiprin APOEL klubundan keçmişdi.

Xəbər xətti