"Keşlə" baxışa daha bir futbolçu dəvət edib.
Sportal.az saytının məlumatına görə, paytaxt təmsilçisinin növbəti transferi Belçikadan ola bilər. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda hazırda klubsuz olan Diamant Ramazanini düşərgəyə dəvət edib.
Lakin hələ ki, futbolçu Bakıya gəlib çıxa bilməyib. Sənəd problemini yoluna qoyduqdan sonra vinger ölkəmizə gələcək.
"Lokeren"in sabiq üzvü 22 yaşlı yarımmüdafiəçi paytaxtımıza gəldikdən sonra komandanın düşərgəsinə qoşulacaq və bir neçə günlük sınaq müddətində özünü yaxşı tərəfdən göstərərsə, komandaya cəlb ediləcək. Əks təqdirdə geri göndəriləcək.
Belçika doğumlu olan Ramazani Burundi yığmasında da 4 matça çıxıb.
saytlarin hazirlanmasi