“Neftçi”nin hansı futbolçusu “Olimpiakos”u daha yaxşı tanıyır? - FOTO

15:01 - 27 İyul 2021

Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" "Olimpikos"u qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bakılılar ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Neftçi" Pirey təmsilçisi ilə ilk dəfə qarşılaşsa da, "ağ-qaralar"ın heyətində indiyə qədər Yunanıstan çempionuna qarşı oynamış oyunçu var.

 

Hazırda "flaqman"ın heyətində "Olimpiakos"u ən yaxşı tanıyanın yeni transfer, Huqo Başto olduğunu desək yəqin ki, yanılmarıq. Belə ki, portuqaliyalı müdafiəçisi 2016/2017 mövsümündə "Aruka"nın heyətində Avropa Liqasının pley-off mərhələsinin oyunlarında "Olimpiakos"a qarşı iki oyunda forma geyinib.

 

“Neftçi”nin yeni transferinin komandası evdə 0:1 uduzsa da, Pireydə bunun əvəzini çıxa bilmişdi. Lakin əlavə edilmiş 30 dəqiqədə 2 qol buraxan Baştonun komandası qruplara qala bilməmişdi. Yeri gəlmişkən, həmin vaxtı Baştonun "Olimpiakos"a qarşı oynadığı heyətdən cəmi 2 nəfər bugünki günə kimi Yunan nəhəngində oynayır.

 

Kostas Fortunis “Neftçi”yə qarşı ilk oyunda meydana çıxmamışdısa, Atanasios Andrutsos komandasının Azərbaycan çempionunu məğlub etməsində pay sahibi olmuşdu. Belə ki, o, start heyətində meydana çıxmış və sona qədər oyunda qalmışdı. 

Xəbər xətti