Runi məşq zamanı futbolçusunu zədələdi

15:15 - 27 İyul 2021

İngiltərə Çempionşip klublarından "Derbi Kounti"nin baş məşqçisi Ueyn Runi futbolçusunu zədələyib.

 

Sportal.az xəbər verir ki, komandanın məşqi zamanı 36 yaşlı mütəxəssis oyunçusu Ceyson Naytın zədələnməsinə səbəb olub.

 

İngiltərə mətbuatının yazdığına görə, oyunçu çatışmazlığı səbəbindən məşqə qatılan Runi bir epizodda 20 yaşlı yarımmüdafiəçi ilə toqquşub. Klubun yaydığı açıqlamada irlandiyalı futbolçunun ayağından zədələndiyi və 8-12 həftə oynamayacağı bildirilib.

 

Futbolçu karyerası ərzində 764 oyunda 313 qol vuran Ueyn Runi 2020-ci ildən "Derbi Kounti"nin baş məşqçi vəzifəsini icra edir.

Xəbər xətti