Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, “Neftçi” “Olimpiakos”la qarşılaşıb. İlk görüşdə Pireydə 0:1 hesabı ilə uduzan “ağ-qaralar” rəqibinə Bakıda da eyni hesabla məğlub olaraq mübarizəni dayandırıb.
21:00 “Neftçi” (Azərbaycan) – “Olimpiakos”(Yunanıstan) 0:1
QOL: Giorgos Masuras, 15
“Baksel Arena” stadionu, Bakı.
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Xatırladaq ki, “Neftçi” “Olimpiakos” səddini keçərsə, üçüncü mərhələdə “Mura” – “Ludoqorets” cütünün qalibi ilə oynayacaq. Çempionlar Liqasını tərk edəcəyi təqdirdə isə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK-lə üz-üzə gələcək.
saytlarin hazirlanmasi