Renat Dadaşov Portuqaliya klubunun hədəfində

12:32 - 28 İyul 2021

İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirə bilir.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı forvardla bu ölkənin "Tondela" klubu maraqlanır. Portuqaliya Premyer Liqasında mübarizə aparan komanda Renatı icarəyə götürmək istəyir. Millimizin üzvü bu hətənin sonu "Tondela"ya qoşula bilər. 

 

Qeyd edək ki, Reanat Dadaşov 2018-2019-cu il mövsümündə Portuqaliyanın "Eştoril" klubunda çıxış edib və 27 oyunda 4 qol vurub. Gənc hücumçu "Vulverhempton"a 2019-cu ildə transfer olub. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimidir. O, son iki mövsümü isə o, icarə əsasında "Pasoş de Ferreyra" (Portuqaliya) və "Qrasshopper" (İsveçrə) klublarında keçirib.

Xəbər xətti