"Neftçi"nin göstərdiyi oyun "Olimpiakos"u keçəcəyinə ümid verir"

12:45 - 28 İyul 2021

"Neftçi" Yunanıstanda “Olimpiakos”a qarşı çox yaxşı futbol nümayiş etdirdi. Məncə, komandamız yunanlara qarşı layiqli müqavimət göstərə bildi. Bu da Bakıdakı oyunda hər şeyin daha yaxşı olacağına ümid verir”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin sabiq forvardı Branimir Subaşiç deyib.

 

Uzun illər “ağ-qaralar”ın aparıcı futbolçusu olmuş serbiyalı “Neftçi”nin Çempionlar Liqasında növbəti mərhələyə adlayacağına inandığını bildirib: “Neftçi” bu mövsüm həqiqətən çox yaxşı oynayır. Ona görə də onlardan gözlənti böyükdü.

 

Doğrudur, “Olimpiakos” böyük klubdu, çox böyük təcrübəyə malikdi. İstənilən halda “Neftçi” ilk oyunda da çox inamlı görünürdü. Göstərdikləri oyun "Neftçi"nin "Olimpiakos"u keçəcəyinə inam verir. Ona görə də “Neftçi”nin “Olimpiakos”u keçmək şansı var. Necə olacağını axşam görəcəyik. “Neftçi”yə uğurlar arzu edirəm. Ümid edirəm ki, “flaqman” hamımızı sevindirəcək”.

Xəbər xətti