"Samir Abasova görə "Neftçi"ni, Qurban Qurbanova görə “Qarabağ”ı izləyirəm"

16:38 - 28 İyul 2021

“Serbiyadakı oyundan əvvəl Ayxan Abbasovla görüşmək planımda var idi. Sadəcə alınmadı. “Sumqayıt” Belqraddan sərfəli nəticə ilə geri qayıtdı. Cavab qarşılaşması da olduqca ağır alınacaq”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Milan Zaqorats deyib. 

 

2005-2010-cu illərdə “İnter”(Keşlə) forması geyinmiş 41 yaşlı veteran futbolçu saytımıza açıqlamasında həmyerlilərinin “Sumqayıt”la oyundakı şanslarını dəyərləndirib. Azərbaycan futboluna yaxşı bələd olan serb futbolumuzun inkişafda olduğunu deyib: “Düzdü, ilk oyuna tam baxa bilmədim. Çünki toplanışdaydıq. Amma kadrları görmüşəm və oyunun necə keçdiyindən xəbərdaram. Məncə, “Sumqayıt” evdə “Çukariçki”ni məğlub edəcək. İstənilən halda şanslar 50/50-di. Azərbaycan futbolunun inkişafda olduğunu demək lazımdı. Doğrudu, “Sumqayıt”ın “Çukariçki”ni keçməsi serblər üçün sürpriz olacaq. Amma görək Sumqayıtın havası “Çukariçki” oyunçularına necə təsir göstərəcək. Onları üçün çətin olmalıdı. 

 

Samir Abasova görə “Neftçi”ni, Qurban Qurbanova görə “Qarabağ”ı da izləyirəm. Avrokuboklarda komandalarınız oynayanda həmişə baxıram, azarkeşlik edirəm. Samirlə uzun müddət birlikdə oynamışıq. “Neftçi”dəki işinə görə sevinirəm, ümid edirəm ki, onun üçün hər şey yaxşı alınacaq. Qurban Qurbanovla da birlikdə oynamışıq, daha sonra o, idman direktoru təyin edildi. Ona və komandasına da uğurlar arzu edirəm".

 

Xəbər xətti