39 il komada qalan sabiq futbolçu vəfat etdi

16:04 - 6 Sentyabr 2021

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib.

 

Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündən komaya düşüb.

Xəbər xətti