Mahir oynadı, "Legiya" məğlub oldu

00:16 - 18 Oktyabr 2021

Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxıb

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

Emreli start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

 

"Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 24  xalla liderliyə yüksəlib.

Xəbər xətti