PSJ-dən "Barselona"ya maraqlı təklif

12:15 - 18 Oktyabr 2021

PSJ "Barselona"ya oyunçuları dəyişdirməyi təklif edib.

Sportal.az xəbər verir ki, Fransa nəhənginin rəhbərliyi Mauro İkardini "Barselona"ya göndərib, əvəzinə Serxio Aqueronu heyətinə qatmaq istədiyini bildirib.

PSJ rəhbərliyi Aqueronun Lionel Messi ilə dost olmasına görə bu addımı atdığı bildirilir. Hətta Messinin İkardi ilə münasibətlərinin yaxşı olmamasına görə forvard Argentina millisinə də dəvət edilmir. "Barselona" isə hələ ki, bu təklifə cavab verməyib. 

Xəbər xətti