Arazın komandası APOEL-ə uduzdu - VİDEO

10:37 - 19 Oktyabr 2021

Kipr çempionatında 6-cı turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin də formasını geyindiyi "Etnikos" növbəti matçına çıxıb.

Abdullayevin komandası səfərdə APOEL-lə üz-üzə gəlib. Görüş Nikosiya klubunun 2:1 hesablı qələbəsilə başa çatıb. Abdullayev 65-ci dəqiqədə meydana çıxıb. Hazırda "Etnikos" 1 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Xəbər xətti