UEFA Abbas Hüseynovu fərqləndirdi

13:31 - 25 Oktyabr 2021

Konfrans Liqasının qrup mərhələsinin III turunda qeydə alınan qollardan 4-ü və həmin oyunlarla bağlı statistik göstəricilər açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, UEFA “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”la ev matçının son dəqiqələrində vurduğu qolu da fərqləndirib. Videoxəbərə 26 yaşlı futbolçunun fotosu qoyulub.

 

UEFA, Ağdam təmsilçisinin ardıcıl 16-cı matçında məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.

 

Qeyd edək ki, Abbas Hüseynovun son dəqiqələrdə vurduğu qol “Qarabağ”a “Kayrat”la görüşdə 2:1 hesablı qələbə qazandırıb.

Xəbər xətti