İstanbul klubunun baş məşqçisi açıqlandı

17:27 - 28 Oktyabr 2021

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Hakan Kutlu çalışdıracaq. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Hakan Kutlu mövsümdə "Kasımpaşa"nın üçüncü baş məşqçisi olacaq. Ondan əvvəl İstanbul klubu Şenol Can və Cihat Arslanla yollarını ayırmışdı.

 

Qeyd edək ki, 10 turdan sonra 6 xal toplayan "Kasımpaşa" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti