"Qəbələ" "Qarabağ"ı təbrik etdi - FOTO

17:09 - 5 Noyabr 2021

“Qəbələ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Kayrat”a qalib gələrək (2:1) pley-offa vəsiqə qazanan “Qarabağ”ı təbrik edib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəsmi Feysbuk səhifəsində paylaşılan təbrikdə deyilir:


"Qəbələ" "Qarabağ"ı Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlaması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!

 

Xatırladaq ki, “Qarabağ” 4 turdan sonra 10 xalla H qrupunda sona 2 tur qalmış turnir cədvəlinə başçılıq edir.

 

Xəbər xətti