“Çelsi”nin 2 futbolçusu Hakim Ziyeş və Timo Verner “Barselona”nın maraq dairəsindədi.
Sportal.az xəbər verir ki, əslində Kataloniya təmsilçisi “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqi transfer etmək istəyib. Amma ingilis futbolçu üçün tələb edilən təzminat “Barselona” üçün yüksək olduğundan onlar həmin məbləğə “Çelsi”dən 2 futbolçunu transfer etmək qərarına gəlib. Transfer etmək mümkün olmasa “Barsa” 2 futbolçunu da icarəyə götürməyə çalışacaq.
Cari mövsüm Verner 11 oyun keçirib və 3 qol vurub, 1 assistlə oynayıb. Almaniyalının “Çelsi” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. Onun transfer dəyəri 55 milyon avrodu. Ziyeş isə “Çelsi”də cari mövsüm 12 oyuna çıxıb 3 qol vurub, 3 assist edib. Onun transfer dəyəri isə 38 milyondu.