Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" Avropa Liqasında növbəti sınağına çıxacaq.
Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan Varşava təmsilçisi 5-ci tur çərçivəsində "Lester"lə üz-üzə gələcək.
"Kinq Pauer" stadionunda keçiriləcək görüş Bakı vaxtilə 00:00-da start götürəcək. Emrelinin bu görüşdə meydana start heyətində çıxacağı gözlənilir.
Hazırda bu qrupda "Spartak" və "Napoli"nin 7 xalı var. "Legiya" isə 6 xalla qrupda 3-cü yerdədəi. "Lester" isə 5 xalla turnir cədvəlində sonuncudu.