İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola dekabrın ən yaxşısı seçilib.
Ötən ay 7 oyuna çıxan "şəhərlilər" bütün oyunlarda qalib gəlib.
50 yaşlı mütəxəssis noyabr ayının da ən yaxşısı seçilmişdi.