Konfrans Liqasının "Twitter" səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, postda braziliyalının Premyer Liqanın 15-ci turunda “Neftçi”yə vurduğu qoldan sonrakı fotosu, izləyicilərə belə suallar yerləşdirilib: “O, “Qarabağ”da cari mövsümün əsas oyunçusu ola bilərmi”?.
26 yaşlı oyunçu sözügedən qarşılaşmada (2:1) dubl edib.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində fevralın 17-i "Marsel"lə Fransada, 24-ü Bakıda qarşılaşacaq.

