"Liverpul" rəhbərliyi Ceyms Milnerə yeni müqavilə təklif edib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 36 yaşlı müdafiəçisinin daha bir il komandada qalmasını istəyir. "Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp da təcrübəli futbolçu ilə yeni müqavilə imzalanmasının tərəfdarıdır.
Qeyd edək ki, Ceyms Milnerin "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatır. O, cari mövsümdə meydana çıxdığı 24 matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi