"Mançester Yunayted"in futbolçusu Nemanya Matiç mövsümün sonunda klubu tərk edə bilər.
Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. O, yayda gələcək təklifləri dəyərləndirəcək.
Matiçin "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. 33 yaşlı futbolçu bu mövsüm 20 oyuna çıxıb.