"İnter" argentinalını heyətinə qatmağa yaxındı

19:39 - 13 May 2022

"Yuventus"un hücumçusu Paulo Dibala "İnter"ə keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Nerazzuri" argentinalı hücumçuya daha bir il uzatma variantı ilə 3 illik müqavilə təklif edib. Milan klubu ona 7 milyon avro məvacib ödəməyə hazırdır.

Yaxın günlərdə Dibalanın agenti Xorxe Antun "İnter" nümayəndələri ilə görüşüb, detalları müzakirə edəcək.

​Argentinalının "Yuventus"a müqaviləsi bu yay başa çatır. Tərəflər yeni sözləşmə ilə bağlı razılıq əldə edə bilməyib.

Xəbər xətti