Almaniya klubu baş məşqçi ilə müqaviləni uzatdı

15:15 - 27 İyun 2022

Almaniyanın "Köln" klubu baş məşqçi Şteffen Baumqartla müqavilənin müddəti uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

"Köln" Bundesliqada ötən mövsümü 6-cı sırada bitirib və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

Xəbər xətti