Millimizin çalışdırıcısı: "Nəticə oyuna görə olmadı"

Türkiyədə təlim-məşq toplanışını başa vuran və hazırlıq çərçivəsində Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.

Sportal.az xəbər verir ki, AFFA-nın saytına açıqlama verən mütəxəssis toplanışı belə dəyərləndirib:

"İyunun 18-dən təlim-məşq toplanışına başladıq. Toplanış müddətində gündə iki dəfə olmaqla məşq və iki beynəlxalq səviyyədə yoldaşlıq oyunu keçirdik. Türkiyə ilə iyunun 25-də keçirdiyimiz ilk oyunda komandamız yorğun olmasına baxmayaraq, pis təsir bağışlamadı. Xüsusən ilk hissədə başabaş mübarizə apardıq. Ancaq dediyim kimi, fasilədən sonra yol yorğunluğu özünü büruzə verdi və nəticədə 0:2 hesabı ilə məğlub olduq. Türkiyə millisinə qarşı ikinci oyunumuz isə daha yaxşı alındı. Hesabda geri olmağımıza baxmayaraq, toparlanmağı bacardıq, hətta 2 top vurub hesabı lehimizə dəyişdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən qapımızdan top buraxdıq. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Hər iki hissədə yaratdığımız imkanlardan yetərincə istifadə edə bilmədik.

​Bu təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının əsas məqsədi sentyabrda keçirəcəyimiz rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışının faydasını gələcək oyunlarda görəcəyik”.

Tarix: 29 İyun [11:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio