"Bavariya" Qnabrinin müqaviləsini uzatdı

19:44 - 16 İyul 2022

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Serje Qnabrinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Almaniya millisinin üzvü 2026-cı ilədək Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.

 

Serje Qnabri "Bavariya"ya 2017-ci ilin yayında "Verder"dən transfer olunub. 27 yaşlı vinger son mövsümdə komandanın heyətində meydana çıxdığı 45 matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti