"Pulu olmayan, amma istədiyi bütün oyunçuları ala bilən yeganə klub "Barselona"dır"

21:51 - 20 İyul 2022

"Bavariya"nın baş məşqçisi Julyan Naqelsmann "Barselona"nın transfer siyasəti haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin Rafinya və Robert Levandovskini transfer etməsinə təəccübləndiyini bilditib. Alman çalışdırıcı"Barselona"nın maddi çətinliklər çəkdiyinə baxmayaraq, istədiyi futbolçuları ala bildiyini deyib:

 

"Dünyada pulu olmayan, amma istədiyi bütün oyunçuları ala bilən yeganə klub "Barselona"dır. Bunu necə etdiklərini bilmirəm. Həqiqətən də qəribədir".

 

Qeyd edək ki. "Barselona" "Bavariya"dan 45+5 milyon avro qarşılığında Robert Levandovskini transfer edib. La Liqa klubu polşalı forvardla 4 illik müqavilə imzalayıb.

Xəbər xətti