"Fehervar"ın baş məşqçisi: "Səfərdə daha sürətli oyun sərgiləyəcəyik"

"Fehervar" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin baş məşqçisi Mixael Boris açıqlama verib:

 

“İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik. Komandam hesabı bərabərləşdikdən sonra öz oyununu tapdı. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil. Bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəyik. Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bu matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq”.

Tarix: 22 İyul [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio