Məşhur hücumçuda bədxassəli şiş aşkarlandı

18:32 - 30 İyul 2022

Xərçəng xəstəliyi aşkarlanan "Borussiya"nın yeni transferi Sebastian Hallerin son durumu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçuda aşkarlanan şişin bədxassəli olduğu məlum olub. Fil Dişi Sahili yığmasının üzvünə kimya terapiyası tətbiq olunacaq. Bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Borussiya" Halleri yay transfer pəncərəsi zamanı "Ayaks"dan transfer edib. Təcrübəli forvard məşq zamanı özünü pis hiss etdiyinə görə tibbi müayinədən keçirilib və onda xərçəng aşkarlanıb.

Xəbər xətti