Almaniya Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Frayburq"un da qarşılaşacağı komanda məlum olub.
Bundesliqa təmsilçisi bu mərhələdə II Bundesliqada mübarizə aparan "Sankt-Pauli" ilə üz-üzə gələcək.
"Frayburq" Avroliqanın qrup mərhələsinin ilk turunda sentyabrın 8-də "Qarabağ"ı qəbul edəcək.