Almaniya milli komandasının və "Bavariya"nın sabiq müdafiəçisi Holger Badştuber peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. Təcrübəli mərkəz müdafiəçisi 33 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Holger Badştuber peşəkar karyerasına "Bavariya"da başlayıb. O, 8 il Münhen təmsilçisinində oynadıqdan sonra 2017-ci ildə "Şalke"yə transfer olunub. Daha sonra "Ştutqart"a keçən Badştuber son olaraq İsveçrə "Lütsern"ində çıxış edib. Təcrübəli oyunçu Almaniya millisinin heyətində meydana çıxdığı 31 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi