Almaniya Bundesliqasında mövsümün ikinci baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Bohum" Tomas Reisin işinə son verib. 49 yaşlı mütəxəssisin qovulmasına səbəb komandanın uğursuz nəticələridir.
"Bohum" Bundesliqada meydana çıxdığı 6 oyunun hamısında məğlub olub.
Qeyd edək ki, bir neçə gün öncə "Leyptsiq"də baş məşqçi Domeniko Tedeskounu istefaya göndərmişdi.
saytlarin hazirlanmasi