"Borussiya"nın hücumçusu Marko Roysun durumuna aydınlıq gəlib.
Sportal.az Almaniya mətbuatına istənadən xəbər verir ki, topuğundan xəsarət alan 33 yaşlı futbolçunun durumu o qədər də ciddi deyil. Təcrübəli forvardın 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Almaniya millisinin üzvünün Qətərdə keçiriləcək dünya çempionatını buraxmaq riski yoxdur.
Qeyd edək Marko Roys Bundesliqada "Borussiya"nın "Şalke"ni 1:0 hesabı ilə məğlub etdiyi matçda zədələnərək meydanı xərəkdə tərk etmişdi.
saytlarin hazirlanmasi