Millimizin futbolçusu baş məşqçisiz qaldı

22:30 - 20 Sentyabr 2022

Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ertsgebirge" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, III Bundesliqa təmsilçisi Timo Rostla yollarını ayırıb. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

44 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə tutduğu postdan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, "Ertsgebirge" 9 turdan sonra 3 xal toplayıb və III Bundesliqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti