"Qarabağ"ın legionerləri Bosniya və Herseqovinaya qarşı oynadılar

13:55 - 24 Sentyabr 2022

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro yığması UEFA Millətlər Liqasında V tur matçına çıxıb.

Sportal.az xəbər verir ki, milli səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüş ev sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb - 1:0.

Yankoviç və Veşoviç bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb. Yankoviç 81-ci dəqiqədə əvəzlənibə, Veşoviç isə sona qədər oynayıb.

Monteneqro millisi bu nəticə ilə A Liqasına yüksəlmək şansını itirib.

Xəbər xətti