"Leyptsiq"in hücumçusu Timo Verner adını klubun tarixinə yazdırıb.
Sportal.az xəbər verir ki, Almaniyalı forvard buna Bundesliqanın 8-ci turunun "Bohum"la matçında (4:0) nail olub. Dubla imza atan 26 yaşlı futbolçu komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.
Xatırladaq ki, Timo Verner yay transfer pəncərəsi zamanı "Çelsi"dən "Leyptsiq"ə transfer olub. Almaniya millisinin üzvü 2016-2020-ci illər aralığında klubun formasını geyinib.
saytlarin hazirlanmasi