"Qəbələ"nin futbolçusu topsuz məşqlərə başladı

11:44 - 18 Oktyabr 2022

“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Sportal.az xəbər verir ki, bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.

Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. 

Xəbər xətti