Noyer xərçəngə görə 3 dəfə əməliyyat olunduğunu açıqladı

16:12 - 2 Noyabr 2022

"Bavariya"nın və Almaniya milli komandasının qapıçısı Manuel Noyer xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan 36 yaşlı "əlcək sahibi" dəri xərçənginə görə 3 dəfə əməliyyat olunduğunu deyib:

 

"Dəri xərçənginə görə 3 dəfə üzümdən əməliyyat olunmaq məcburiyyətində qaldım. Günəşdən qorunmağım lazımdır. Amma daim məşq edirəm və boş vaxtımı təbiətdə keçirməyi xoşlayıram".

 

Qeyd edək ki. Bundesliqada Dortmund "Borussiya"sı ilə matçda çiynindən zədə alan Noyer bir müddətdir yaşıl meydanlardan uzaq qalıb.

Xəbər xətti