Yığmamızın üzvü oynamadı, komandası qalib gəldi

19:35 - 14 Noyabr 2022

Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın üzvü Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" növbəti matçına çıxıb.

Onun komandası "Veres"lə üz-üzə gəlib.

Mustafayevin məxsus olduğu klub bu görüşü 3:2 qalib başa vurub.

Yığmamızın üzvü sona qədər ehtiyatda qalıb.

“Aleksandriya” 13 turdan sonra 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti