"Real" və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger İspaniya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan almaniyalı futbolçu "Çelsi"dən ayrıldıqdan sonra "Barselona"ya da keçmək ehtimalı olub:
"Çelsi" və "Real"ın təklifini dəyərləndirmək istədim. Londonda qalmaq ehtimalım az deyildi. Yeri gəlmişkən, "Barselona" da mənə maraq göstərirdi. Amma "Real"da oynamaq xəyalım var idi. Əsasən paytaxt komandalarında oynamağı sevirəm. Digər tərəfdən də, Benzema və Kroosla oynamaq imkanını qaçırmaq istəmirdim".
