Dünya çempionatının iştirakçılarından olan Mərakeş millisi ciddi itki ilə üzləşib.
Sportal.az “Le Parisien”ə istinadən xəbər verir ki, Fransanın “Marsel” klubunun yarımmüdafiəçisi Amin Harit ağır zədə səbəbindən Qətərdə keçiriləcək dünya çempionatında Mərakeş millisinə kömək edə bilməyəcək.
O, Fransa çempionatının 15-ci turunun “Monako” ilə oyununda (3:2) zədələnib.
Haritin sol dizində çarpaz bağlarında burxulma olub. Buna görə də, futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
