Paytaxt klubu braziliyalı ilə müqavilə müddətini uzatmaq istəyir

12:47 - 15 Noyabr 2022

"Latsio" Felipe Andersonla müqavilə müddətini uzatmaq fikrindədir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi Felipe Andersonun agenti ilə danışıqlara start verib.

Braziliyalının İtaliya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

29 yaşlı yarımmüdafiəçi 2021-ci ildə “Vest Hem”dən “Latsio”ya keçib.

2015-2019-cu illərdə Braziliya millisində oynamış yarımmüdafiəçi 2013-2018-ci illər arasında da “Latsio”da çıxış etmişdi.

Xəbər xətti