"Barselona"nın futbolçusu Ansu Fati qəza törədib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu avtomobili ilə yolla hərəkət edən motosikletçini vurub.
Fatinin diqqətsizliyi nəticəsində baş vermiş hadisə zamanı motosikletçinin ayağı sınıb.
İspaniya millisinin üzvü dünya çempionatına yollanmamışdan qabaq xəsarət yetirdiyi şəxsi ziyarət edib.
