DÇ-2022: Fransa millisində şok itki

10:02 - 16 Noyabr 2022

Qətərdəki dünya çempionatı öncəsi Fransa millisi ciddi itki ilə üz-üzə qalıb.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, millinin aparıcı üzvlərindən olan Kristofer Nkunku mundialın startına 4 gün qalmış sıradan çıxıb.

Məşqdə zədələnən futbolçu artıq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə isə "Ayntraxt"dan (Frankfurt) Kolo Muani milliyə cəlb edilib.

Fransa D qrupunda Danimarka, Tunis və Avstraliya ilə mübarizə aparacaq. 

Xəbər xətti