Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bəlli oldu

10:11 - 16 Noyabr 2022

Şimali Makedoniya və Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Enea Yorgjiyə İlir Tartaray və Doyando Miftari köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.

Noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbər xətti