Misli Premyer Liqasının 14-cü turunda "Sumqayıt"a qalib gələn (4:2) "Şamaxı" istirahətə buraxılmışdı.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu üç günlük fasilədən sonra məşqləri bərpa edib.
"Şamaxı" noyabrın 22-də ölkə kubokunun 1/8 finalı çərçivəsində "Turan Tovuz"la üz-üzə gələcək.
Xatırladaq ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.
