İtaliya millisinin sabiq üzvü karyerasını başa vurdu

11:01 - 16 Noyabr 2022

İtaliya millisində oynamış Domeniko Krişito karyerasını başa vurub. 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, veteran futbolçu son dəfə "Toronto" forması geyinib.

2009-2018-ci illərdə İtaliya millisinin formasını geyinmiş Krişito "Cenoa", "Yuventus", "Zenit" klublarında oynayıb. 

Xəbər xətti