"Fənərbaxça"nın veteran futbolçusu Braziliya klubuna baş məşqçi təyin edildi

12:22 - 16 Noyabr 2022

Braziliya millisinin veteran futbolçusu Aleks de Souza ölkəsində məşqçi kimi işləyəcək.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı məşqçi "Avai"nin baş məşqçisi təyin olunub.

Aleks B seriyasında çıxış edən klubla 1 illik müqavilə imzalayıb.

O, bir müddət əvvəl “Sao Paolo”nun U-20 komandasını çalışdırıb. 

Aleks 2004-2012-ci illərdə “Fənərbaxça”da oynayıb. O, həmçinin “Koritiba”, “Palmeyras”, “Parma”, “Flamenqo”, “Kruzeyro” komandalarında çıxış edib.

Xəbər xətti